Manşet

“Özünüz döyüşün…” – Həyat yoldaşı Paşinyanı müdafiə etmək istədi, amma…

Həyat yoldaşının Nikol Paşinyanı sosial şəbəkədə müdafiə etmək cəhdi əks effekt verib.

Savash.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında paylaşdığı status erməni izləyicilərinin gülüş obyektinə çevrilib.

O həyat yoldaşının apardığı uğursuz siyasət nəticəsində, Ermənistan ordusunun itkilərini ört-basdır etmək üçün xalqa bu cür müraciət edib: “Əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.

Bu statusa çoxlu sayda bəyənmələr gəlsə də, təhqir dolu şərhlər də yazılıb. Hətta şərhlərə Nikola aid karikaturalar da atılıb.

Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıblar.

Jalə

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists