Manşet

“Türkiyəyə Ermənistan da razı olmalıdır” – Kremldən yeni Qarabağ açıqlaması

Kreml Rusiya Silahlı Qüvvələrinin Qarabağda desant əməliyyat keçirməsi fikrini qəbul etməyib.

Savash.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kremldə əvvəlki kimi əmindirlər ki, bu məsələnin digər həll yolu mövcud deyil:

“Rusiya vəziyyətin tənzimlənməsini siyasi-diplomatik müstəviyə qaytarmaq üçün əlindən gələni edir. Biz bundan sonra da sülh yolu ilə tənzimləmə üçün səy göstərməkdə davam edəcəyik”.

D.Peskov əlavə edib ki, münaqişənin mövcud formatlar çərçivəsində həllinə üçüncü tərəfləri, xüsusən də Türkiyəni cəlb etmək üçün hər iki tərəfin – Azərbaycan və Ermənistanın siyasi iradə göstərməsi lazımdır. (Trend)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists