Manşet

Arutyunyanın Paşinyana yazdığı məktub mətbuatın əlinə keçdi – ERMƏNİSTANDA QALMAQAL

Azərbaycanın işğal atlında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

“SAVAŞ” xəbər verir ki, bu barədə “Qraparak” məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda “hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb.

Xatırladılıb ki, oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: “Ancaq dinc vaxtlarda o, Rusiyanın “persona non-qrata” (“arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı “vəzifə”yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib. (Report)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists