Manşet

“McDonalds”ın silinən paylaşımı və etirazlar – Şirkət ermənilərin xətrinə dəyməkdən qorxub?

“McDonalds” şirkətinin Azərbaycana dəstək məqsədli paylaşımının silinməsi cəmiyyətdə müzakirəyə səbəb olub.

Şirkət bir neçə gün öncə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək sərgiləyərək rəsmi səhifəsində paylaşım etmişdi. Azərbaycan bayrağının bütün doğma torpaqlar üzərində dalğalanmasını arzu edən şirkət sonra nədənsə mövqeyini dəyişərək həmin paylaşımı silib.

Təbii ki, bu Azərbaycan ictimai rəyində birmənalı qarşılanmadı. Etdiklərindən toplumun xəbərdar olduğunu anlayan səhifə idarəçiləri çox keçmədən bu addımı hansı səbəbdən atdıqlarına “aydınlıq” gətiriblər. Amma necə deyərlər, üzrü qəbahətindən daha betər olub.

Belə ki, şirkət paylaşımın silinməsini əsas amaldan geri dönməməklə, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaqla əlaqələndirib. O zamana sual olunur, əgər “McDonalds” rəsmi səhifəsi həqiqətən də ancaq qida təminatı məsələsinə önəm verib, bununla bağlı paylaşım edirsə, niyə bundan əvvəl müxtəlif bayramlarla bağlı (Qurban bayramı, Ramazan bayramı, Silahlı Qüvvələr Günü və s.) paylaşım edirdi?

Qeyd edək ki, paylaşımın silinməsi ermənilərin “McDonalds” şirkətini boykot etməsi ilə əlaqələndirlir.

Sfera.az

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists