Abşeronda arvadını fahişəxanada tutan kişi onun başını kəsdi
O, arvadını başqa bir kişilə birgə görüb.
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən \”Romi\” motelində dəhşətli cinayət hadisəsi baş verib.
Savash.org xəbər verir ki. AZNEWS.AZ-ın məlumatına görə, hələlik adı aşıqlanmayan bir kişi \”Romi\” motelinə gələrək, burada arvadını başqa bir kişilə birgə görüb və onun başını kəsib.
Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı təsdiqləyiblər.
Bildiriblər ki, hadisə yarım saat öncə baş verib, hazırda meyit müayinə olunmaq üçün aidiyyəti qurumlar tərəfindən moteldən çıxarılır.
Məlum olub ki, hadisəni törədən şəxs arvadının moteldə olmasından xəbərdar olub və hadisə yerinə hazırlıqlı gəlib.
O, hətta arvadının hansı avtomobillə gəldiyini də müəyyənləşdirib və əvvəlcə həmin VAZ 21-07 markalı avtomobilin şinlərini deşərək, onların qaça biləcəyi ehtimalını aradan qaldırıb. Bundan sonra otağa daxil olaraq, arvadının başını kəsib. Məlumatda həmçinin o da bildirilir ki, cinayətkar polisə təslim olub.
Qeyd edə ki, saytın yazdığı məlumata görə, “Romi” moteli əxlaqsızlıq yuvası kimi tanınır.