Manşet

Şuşaya 5 kilometr qalıb? – Millət vəkili “Qarabağ klanının oyunu” deyir, ekspert isə…

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan ötən gün Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

Bu düşmən tərəfin əvvəlki ritorikasından əl çəkərək, məğlub olduqlarını açıq etiraf etməsi deməkdir. Bununla belə, sosial şəbəkələrdəki müzakirələrdə bunun növbəti erməni hiyləsi ola biləcəyi haqda fikirlər səsləndirilir.

Maraqlıdır, bu cür açıqlamanın verilməsi reallığa əsaslanır, yoxsa yeni düşmən təxribatıdır?

Deputat Asim Mollazadə bu xəbəri Ermənistandakı Qarabağ klanının oyunu adlandırıb:

“Bu cür açıqlamanın verilməsi çox güman ki, Ermənistanda mövcud olan qarabağlı klanının oyunudur. Bu onların daxili siyasi oyunlarıdır, bir-birləri ilə oynayırlar”.

Politoloq Zərdüşt Əlizadə isə Ermənistan tərəfinin bu cür açıqlama verməsinin reallığa əsaslandığını və onların bunu bəyan etməyə məcbur qaldıqlarını qeyd edib:

“Müharibədə uduzan tərəf adətən çalışır ki, cəbhədəki proseslər barədə məlumatı malalasın, yumşaltsın və xalqına acı həqiqəti deməsin. Amma indi elə məqam yetişib ki, Araik Arutyunyan kimi mənəviyyatsız insan da reallığı deyib, xalqı oyatmaq istəyir. Çünki o bilir ki, Şuşa Qarabağın açarıdır.

Əvvəl onlar deyirdi ki, Azərbaycan tərəfi yalan danışır, irəliləmir, biz əks hücuma keçmişik. Amma indi bütün istiqamətlərdə Azərbaycanın qələbəsini gördükləri üçün ordumuzun Şuşa istiqamətinə daxil ola biləcəyi xəbərini gizlədə bilmirlər. Buna görə də xalqı səfərbərliyə çağırırlar”.

Sfera.az

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists