Manşet

İlham Əliyev BBC vasitəsilə Paşinyana mesaj göndərdi: “Mənə qulaq assan…”

Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar?”.

“SAVAŞ” xəbər verir ki, bunu president İlham Əliyev “BBC News”a müsahibəsində deyib. 

“Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə – status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir”.

“Sizin sülh yolu ilə həllə ümidiniz varmı?” sualına cavab olaraq president deyib: “Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists