Manşet

Ərdoğandan Putinə Qarabağ zəngi: “Birlikdə nəzarət edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Türkiyənin “Hürriyet” agentliyi yazır ki, Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dünən vacib addım atıldığını qeyd edib. Türkiyə Prezidenti ölkəsinin və Rusiyanın münaqişəni həl etmək üçün çox çalışdığını, hazırki durumda Ermənistanın atəşkəsə və bəyanatdakı müddəalara riayət etməsinin vacibliyini vurğulayıb.

Ərdoğan Türkiyənin Ermənistan işğalından azad olunan ərazilərdə – Azərbaycan tərəfindən təyin olunacaq bir bölgədə təsis ediləcək Ortaq Mərkəzdə Rusiya ilə birlikdə atəşkəsə nəzarət edəcəyinə və bu mənada Rusiya tərəfinin mühüm məsuliyyət daşıdığını qeyd edib.

Türkiyə Prezidenti Ermənistanın işğalı nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycan-Naxçıvan arasında koridor yaranmasının vacibliyini xüsusi qeyd edib.

Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists