Manşet

Türkiyə parlamentində qırğın: müxalifətçi millət vəkilləri yaralandı

Türkiyə parlamentində qırğın: müxalifətçi millət vəkilləri yaralandıTürkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında 4 millət vəkilinin yaralanması ilə nəticələnən dava baş verib.

Məlumatı görə, TBMM-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə müxalifətçi deputatlar arasında mübahisə başlayıb.

Millət vəkilləri arasında başlayan mübahisə sonda davaya dönüb.

Baş vermiş davada Xalqın Demokratiya Partiyasının (HDP) millət vəkili Ertuğrul Kürkçü, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri Musa Çam, Aykut Erdoğdu və Mahmud Tanal xəsarət alıb.

Hadisə şahidləri Ertuğrul Kürkçünün başından yaralandığını bildirir.

ANS

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button