Manşet

Yerevandakı mitinqin hədəfi: Rusiyaya qarşı deyil, Paşinyan getsin

“Bugünkü mitinqin əsas mesajı Nikol Paşinyanın son 2,5 ildəki fəaliyyətinin qiymətləndirilməsi və istefası tələbidir. Çirkin fəaliyyəti ilə ölkəni belə bir vəziyyətə gətirən şəxs təbii olaraq istefa verməlidir. O özü artıq bu qərarı qəbul etməli siyasi qüvvələrin istefası tələb etməsini gözləməməli idi”.

Bu sözləri Siyasi İqtisadiyyat Fondunun rəhbəri Yervand Bozoyan deyib. Bozayan bildirib ki, üçtərəfli razılaşma mahiyyət etibarilə 10 noyabrda deyil, Nikol Paşinyan ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlar prosesini pozduqda, qurumun 30 illik işinə istehza edərək Türkiyənin prosesdə aktivləşməsinə səbəb oldu.

“Paşinyan təxribat törətdi və Türkiyəyə müdaxilə üçün səbəb verdi, bu da qüvvələr nisbətində dəyişiklik oldu”-deyə Fond rəhbəri vurğulayıb.

Y. Bozayan Rusiya sülhməramlıların Qarabağa gəlməsinin vəziyyətdən yeganə çıxış yolu olduğunu qeyd edib: “Bunu Ermənistanda yaxşı başa düşürlər. Ona görə də bugünkü mitinq Rusiya sülhməramlılarına, Putinə qarşı deyil, Paşinyana qarşıdır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, Qarabağdakı vəziyyətə bəzi təsirlər edilə bilər, ancaq əhəmiyyətli dəyişikliklərin olacağını gözləməyin. Mövcud vəziyyət müharibənin nəticəsidir və Rusiyanın müdaxiləsi olmadan nəticə daha pis ola bilərdi”. Azpolitika.info

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists