Manşet

Komendant saatının ləğv ediləcəyi tarixlə bağlı AÇIQLAMA

Cəbhədə vəziyyətin kəskinləşməsi ilə əlaqədar mümkün təxribatların qarşısının alınması məqsədilə 28 sentyabrdan ölkədə komendant saatı tətbiq edilir. Lakin hazırda hərbi əməliyyatlar dayandırılıb və atəşkəs razılığı əldə edilib.

Belə olan halda komendant saatının nə zaman ləğv edilməsi gözlənilir?

“SAVAŞ” xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli dekabrın 2-dən komendant saatının ləğv edilə biləcəyini qeyd edib:

“Ölkədəki hərbi vəziyyətin hansı formada davam etdiriləcəyi Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Əgər Ermənistan tərəfi dekabrın 1-i və 2-dək götürdükləri öhdəlikləri icra edəcəklərsə, vəziyyət dəyişəcək. Düşmən Ağdam, Kəlbəcər və Laçından hərbi birləşmələrini tam çıxardıqdan sonra Qarabağ bölgəsi istisna olmaqla, digər yerlərdə hərbi vəziyyətin aradan qaldırılması gözlənilir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists