Manşet

“Qarabağa dəstək” yürüşündə həbs olunanlar ev dustaqlığına buraxıldı – SİYAHI

Səbail rayon məhkəməsi Qarabağ məhbuslarının bir hissəsini ev dustaqlığına buraxıb.

“SAVAŞ” xəbər verir ki, bü gün Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Dövlət İttihamını müdafiə edən prokurorun vəsatətinə baxılıb. Vəsatət təmin olunub.

AXCP üzvləri

1.Fuad Qəhrəmanlı

2.Asif Yusifli

3.Məmməd İbrahim

4.Ayaz Məhərrəmov

5.Bəxtiyar Imanov

6. Baba Süleymanov

7.Ceyhun Novruzov

8.Ismayıl Həsənov

9.Müşviq Quliyev

10.Telman Seyfullayev

11.Məhəbbət Nağıyev

12. Seymur Əhmədov

Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasında var. AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev , Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və NMR DİN-in keçmiş nazir müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur. Ev dustaqlığına buraxılan digər məhbuslar isə

1.Şəmsi Rəhimli

2.Elçin Mehdiyev

3.Fariz Məmmədov

4.Emin Hüseynzadə

5.Ariz Səfərli

6. Ceyhun Məmmədov

7. Vüsal Quliyevdir.

8. Valeh Milli, Murad Sultanov ve 6 diğer nəfər

Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunurdu. Tutulanlar haqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılmış və məhkəməyə göndərilmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists