Manşet

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Savash.org xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edir.

H.Hacıyev məlumat verib ki, noyabrın 21-dən 28-dək şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılır. Eyni zamanda, kafe və restoranların da fəaliyyəti dayandırılır.

“Azərbaycanda gündəlik yoluxmanın artması, 2 mindən çox olması narahatlıq doğurur, ölüm hallarında da artım var. Bu narahatlıqları nəzərə alaraq, xüsusən ölkəmiz Vətən Müharibəsi şəraitində olduğu üçün koronavirusa yoluxma hər birimizi narahat etməyə bilməz. Yaralı əsgərlərimiz var, onların müalicəsi də səhiyyə sistemimiz qarşısında durur. Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Ona görə də bu kimi zərurətləri, artım templərini nəzərə alaraq, Operativ Qərargah bir sıra qərarlar qəbul edib”,- Hacıyev qeyd edib.

Orduda kütləvi yoluxma olmayıb

Hacıyev bildirib ki, koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb və yoluxma halları kütləvi şəkildə olmayıb. Yeni çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür.

Evdə özünümüalicə ağırlaşmaya səbəb olur

Hacıyev qeyd edib ki, evdə özünü müalicə ağırlaşmalara yol açır. Buna görə də vaxtında həkimə müraciət etmək lazımdır. H. Hacıyev əlavə edib ki, vaksinlərin tam şəkildə yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər həyata keçirilməkdədir.

Yaqut Qarayeva isə bildirib ki, Azərbaycanda gündəlik yoluxma hallarının sayı 2 mini ötüb. Belə vəziyyətdə isə səhiyyə sistemi yüklənir. Ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar tikilib, xaricdən tibbi mütəxəssislər də gətirilib: “Bizim üçün tibbi xidmətin keyfiyyəti daha əsasdır. Bu gün hələ də İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizə qulluq etməkdə davam edirik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists