Manşet

Paşinyanın arxasındakı görünməz qüvvə – Erməni nəşrindən şok iddia

“Ermənistanın müstəqilliyinin ilk illərindən bəri nəhəng kapital toplamış Xaçatur Sukiasyan Paşinyanın hakimiyyətində olduğu iki il yarımda ən imtiyazlı iş adamı statusunu aldı”.

Savash.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.

“O, bu müddət ərzində çox sayda müəssisə açdı və yüksək rütbəli şəxslərin ən sevimli təşəbbüskarına çevrildi.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan da Feysbuk səhifəsində rəsmi şəxslərin saxtakar və qanunsuz fəaliyyətlərinə pul ayıran iş adamlarının şəkillərini yayımladı. Maraqlısı budur ki, son 30 ildə öz cəmiyyətini incidən və parçalanmaya səbəb olan saxtakarlıqları maliyyələşdirən, doymayan bir susuzluq yaşayan bu iş adamı (Sukiasyan) doymadı, heç vaxt doymadı”, – nəşr bildirib.

“İrates” Xaçatur Sukiasyanın Baş nazir Paşinyanın əsas dəstəkçilərindən, hakimiyyətdə qalmasını maliyyələşdirən əsas güclərdən biri olduğunu yazıb.  /Teleqraf

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button