Bahalaşmaya qarşı ilk aksiya Lənkəranda baş tutdu: Yolu bağladılar
Fevralın 22-də Lənkəran rayonu Liman şəhərində etiraz aksiyası keçirilib.
Qəsəbə sakinləri bahalaşmaya və kommunal problemlərə etiraz olaraq Ələt-Astara magistral yolunu bağlayiblar. Bu barədə Elxan Səfəvi və Kazım Həsənov adlı facebook istifadəçiləri öz səhifələrində məlumat yayıblar.
Məlumatda göstərilir ki, dolların qalxması ilə əlaqədar ərzaq mağazaları səhər saatlarında işə başlamayıblar və əhalinin ərzaq alış-verişində çətinlik yaranıb, 3 gündür Limanda elektrik enerjisi verilmir. Bundan başqa əhali işsizlikdən əziyyət çəkir. Sakinlər bütün bunlara etirazlarını bildirmək üçün yolu bağlayıblar.
Mərkəzi Bankın fevralın 21-də manatı kəskin uzuclaşdırması ölkədə bahalaşmaya səbəb olub. Kommunal problemlər isə hava şəraitinin pisləşməsi ilə yenidən özünü göstərib.