Manşet

Şəhid ailələrinə hansı müavinətlər veriləcək? – SADƏ İZAH

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən gün şəhid ailələrinə 300 manat təqaüdün veriləcəyini açıqlayıb. Bu isə özlüyündə çoxsaylı suallar doğurur. Redaksiyamıza müraciət edən vətəndaşlar ailə üzvlərinin sayına görə bu vəsaitin dəyişib-dəyişməyəcəyi ilə maraqlanırlar.

Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, şəhid ailələri hərtərəfli sosial təminat sistemi ilə əhatə olunurlar:

“Şəhidin ailə üzvü dedikdə burada ata, ana, həyat yoldaşı və övladlar nəzərdə tutulur. Onlara dəstək 300 manat təqaüdlə yekunlaşmır. Çünki bu məbləğ sadəcə Prezident təqaüdüdür. Orta hesabla şəhid ailələri və müharibə əlilləri aylıq 700 manat təqaüd alırlar. Belə ki, əmək stajından asılı olaraq orta məbləğlə 400 manat pensiya və ya müavinət verilir. Bununla yanaşı onların əmək pensiyasının sığorta hissəsinə 55-110 manat arası əlavə ödənilir”.

Qurum rəsmisi aylıq təqaüdün birdəfəlik ödənilən 11 min manat sığorta ödənişindən asılı olmayaraq verildiyini diqqətə çatdırıb:

“Bu proses müharibə əlilləri üçün də həyata keçirilir. I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 4400 manat birdəfəlik sığorta ödənişi ödənilir. Həmçinin şəhid ailələri müəyyən zaman çərçivəsində mənzil və avtomobillə də təmin edilir. Əgər şəhidimizin övladı varsa, onların təhsil haqqı dövlət tərəfindən qarşılanır. Müharibə əlilinin isə həm özü, həm də övladı təhsil haqqından azad olur. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Bundan əlavə, məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlərə (dövlət və özəl) məcburi kvota müəyyən edilib. Vergi və əmək qanunvericiliyində də bir sıra güzəştlər nəzərdə tutulub. Bizim məqsədimiz odur ki, heç bir şəhid ailəsi, müharibə əlili əziyyət çəkməsin. Dövlət bütün sosial proqramlarla onları əhatə edir”. (yenisabah)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button