Manşet
Müxalifət Paşinyanı onunla əvəzləyəcəyini bəyan etdi – 74 yaşlı Vazgen Manukyan kimdir?

Ermənistan müxalifəti baş nazir postuna öz namizədinin kimliyini açıqlayıb. Bu şəxs Vazgen Manukyandır.
Savash.org news.am-a istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan bunu 3 dekabrda jurnalistlərə açıqlamasında bildirib.
Daşnakstyün partiyasının funksioneri İşxan Sağatelyan da bu seçimi dəstəkləyərək baş nazir Nikol Paşinyanın iki seçimi olduğunu deyib: “Ya könüllü gedəcək, ya da Ermənistan parlamenti onu istefaya göndərərək yeni müvəqqəti hökumətin rəhbərini seçəcək”.
Qeyd edək ki, erməni müxalifətinin baş nazirliyə 74 yaşlı namizədi Vazgen Manukyan Ermənistanın ilk post-kommunist baş naziri olub.
Orxan
Sfera.az