Manşet

“Bu da son. Kəndi Azərbaycana təhvil veririk” – Arşakyandan son dəqiqə açıqlaması

“Bu da son. İndi kəndi azərbaycanlılara təhvil veririk”.

“SAVAŞ” erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri Şurnux kənd icmasının rəhbəri Akop Arşakyan deyib:

“Artıq hərbi formanı əynimizdən çıxarmaq vaxtı çatdı. İndi azərbaycanlılar kənddə post qurublar. Ermənilərin kəndi tərk etməsi üçün bizə saat 5-ə qədər vaxt verdilər. Bundan sonra buraları tərk etmək zorundayıq”.

Savash.org xatırladır ki, Ermənistan işğal dövründə Zəngilan-Qubadlı istiqamətində irəli gələrək, öz sərhədlərinə qanunsuz daxil etdiyi əraziləri Azərbaycana təhvil verməyə başlayıb.

Həmin ərazidə, ermənlərin təbirincə desək, mübahisə mövzusu olan 12 evə gəlincə isə əvvəllər burada ev olmayıb, bu  evlər sonradan, 1988-ci ildən sonra Azərbaycana aid ərazidə inşa olunub.  Evlərin inşa olunması isə o demək deyil ki, həmin ərazi  Ermənistana  aiddir.

Yeri gəlmişkən,  tarixi adı Şurnuxu olan kənd Gorusun azərbaycanlılar yaşayan ən böyük yaşayış məntəqəsi olub. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılara  qarşı həyata keçirilən deportasiya zamanı Şurnuxu kəndinin sakinləri də doğma yurdlarından qovulublar. Kənddə isə tədricən ermənilər məskunlaşıb.

Elə kənd icmasının rəhbəri Akop Arşakyan özü də bura 1992-ci ildə Gorus  şəhərindən köçdüyünü etiraf edir.  Hazırda kənd sakinlərinin sayı 153 nəfərdir. Kənd  icmasının rəhbəri Akop Arşakyanın dediyinə  görə,  kənddə 45 evdə yaşayış var. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button