Manşet

Teymur Rəcəbov finalda Levon Aronyanı məğlub etdi və 60 min dollar qazandı

Teymur Rəcəbovla Levon Aronyan arasında keçirilən “Airthings Masters” turnirində ikinci final oyununun üçüncü partiyası heç-heçə başa çatıb.

Savash.org bildirir ki, bu nəticə qara fiqurlarla çıxış edən Azərbaycan şahmatçısını tam qane edib. Matçda hesab 2:1 Rəcəbovun xeyrinə olub və artıq dördüncü partiyanı keçirməyin heç bir mənası yoxdur, çünki hesab 2:2 olsa belə, yekun qələbə Teymurun olacaq. Xatırladaq ki, dünən qrossmeysterimiz Aronyanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Turnirin qalibi olan Teymur Rəcəbov 60 min dollar qazanıb və sentyabr ayında keçiriləcək Champions Chess Tour-un böyük finalına vəsiqə qazanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button