Manşet

Bu qəbirdə nazir uyuyur – Tofiq Qasımovun taxtadan düzəldilən başdaşı + FOTO

İsveçrədə vəfat etmiş və orada da torpağa tapşırılmış Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Qasımovun məzarının fotosu yayılıb.

“SAVAŞ” xəbər verir ki, taxta baş daşı ilə diqqət çəkən qəbir mühacirətdəki soydaşlarımızın dəstəyi ilə qoyulub.

Foto sosial şəbəkələrdə yayıldıqdan sonra böyük marağa və müzakirələrə səbəb olub. 1992-1993-cü illərdə Azərbaycan diplomatiyasına rəhbərlik etmiş, BMT-nin erməni silahlı qüvvələrinin Qarabağdan çıxmasını tələb edən məlum qətnaməsinin memarı olan bu şəxsin nəşinin Azərbaycana gətirilməsi təklif olunub.

“SAVAŞ” xatırladır ki, Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1992-ci ilin mayında Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləmişdir.

T.Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi. Deputat toxunulmazlığı ləğv edilərək ona qarşı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamlar irəli sürülmüşdü . 1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılmışdı.

Haqqında məhkəmə prosesi dayandırılandan sonra T.Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib. Sonra isə İsveçrəyə köçmüşdü.

26 yanvar 2020-ci ildə ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində 81 yaşında vəfat edib və 27 yanvarda Lütsern şəhər qəbiristanlığında dəfn olunub.

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button