Manşet

Mübariz Mənsimov “Hafka”ya niyə borclanıb? – Baş tutmayan təyyarə sövdələşməsinin izi ilə…

Mübariz Mənsimov “Hafka”ya niyə borclanıb? – Baş tutmayan təyyarə sövdələşməsinin izi ilə…Ötən həftənin ən səs-küylü olaylarından biri də iki azərbaycanlı iş adamı – “Hafka” kimi tanınan Hafiz Məmmədovla “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov arasındakı borc qalmaqalı oldu.

Xatırladaq ki, Məmmədov \”Xəzər Lənkəran\”ın fəxri prezidenti Mübariz Mənsimova aid olan “Palmali” Şirkətlər Qrupunun ona borcu olduğunu deyib: \”Buradan “Palmali” Şirkətlər Qrupuna səslənirəm. Mənim borcumu qaytarınlar. “Xəzər Lənkəran” klubunun sponsoruna mesaj göndərmək istəyirəm. “Bakı”nın problemi yoxdu, sadəcə biznes sahəsindəki əməkdaşlarımız, iş adamları borclarını vaxtında qaytarmırlar. Bu da bizə mənfi təsir edir. Məbləği açıqlamaq istəmirəm. Amma həmin məbləğ klubumuzun uzunmüddətli büdcəsi deməkdi”.

Maraqlıdır ki, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov Mübariz Mənsimovun ona hansı səbəbdən borclu qaldığını açıqlamır. Bununla bağlı Savash.org-a sızan məlumatda isə sözügedən borc qalmaqalının bütün gizlinlərinə işıq salınıb. Mənbəmizin sözlərinə görə, indi “Hafka”nın inadla “Mübariz Mənsimov borcumu qaytarsın” iddiasında bulunsa da məsələ bir qədər fərqlidir və əslində ortada borc söhbəti yoxdu:

“Hafiz Məmmədovun indi tələb etdiyi məbləğ əslində Mübariz Mənsimova bir müddət öncə ödədiyi behin geri istənməsindən başqa heç nə deyil. Hafiz Məmmədov maddi durumunun yaxşı olduğu zaman Mübariz Mənsimovdan ona təyyarə almasına yardımçı olmağı xahiş edib. Beh kimi isə müəyyən məbləğ ödəyib, pulun qalanını ödədikdən sonra isə təyyarə Hafiz Məmmədova təhvil verilməliymiş. Amma sonradan Hafiz Məmmədovun biznes işlərində axsamalar müşahidə olunub və o, məbləğin gerisini ödəyə bilməyib. İndi isə onun Mübariz Mənsimovdan tələb etdiyi pul da ilkin olaraq ödədiyi behdir”.

Tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq.

SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button