Manşet

Paşinyan etirazçıların mühasirəsini yarıb aeroporta, oradan da Moskvaya GETDİ

Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşə bilib.

 “SAVAŞ” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Məlumata görə, etirazçıların “Zvartnots” hava limanına gedən yolu bağlamasına baxmayaraq, baş nazir aeroporta çatıb və Rusiya paytaxtına yola düşüb.

“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, – aksiya iştirakçısı söyləyib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button