Manşet

Mərkəzi Bankın yeni binasının puluna hansı işləri görmək olardı? – Qubad İbadoğlu açıqladı

“144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli,  9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbədir”. 

“SAVAŞ” xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati binanın tikilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək:

“Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək.  Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq.  Hələ  qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə  təchizatı və digər xərcləri vardır. 

Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri  350 manat olacaq. Bu hesabla  təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və  Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla  15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb.

450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magistr təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar. 

Pandemiya ilə əlaqədar olaraq dünyanın hətta maliyyə və biznes mərkəzlərində ofislər boşdur, əmlak hər gün dəyər itirir, böyük şirkətlərin və dövlət orqanlarının işçiləri evdən çalışır, belə bir vəziyyətdə 450 milyon manat dövlət vəsaitin ofis binasının tikintisinə xərcləmək, yalnız “iqtisadiyyatçılar”ın ağıllarının məhsulu ola bilər. Heç şübhəsiz ki, meqa korrupsiya layihələri, ağ fillər milli iqtisadiyyatın nəinki  cari vəziyyətini, həm də gələcək durumunu çətinləşdirir, bir sözlə ölkəni inkişafdan saxlayır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button