Manşet

Lavrovdan Ermənistan siyasətçilərinə “dilinizi qarnınıza qoyun” ismarıcı

“Erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”.

“SAVAŞ” xəbər verir ki, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı naziri bildirib ki, biz artıq 44 günlük müharibə başlanana qədər bu cür bəyanatların şahidi olmuşuq:

“Biz Qarabağda və ya Qarabağ haqqında “Yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların şahidi olmuşuq. Şahidi olmuşuq ki, sözlər material qüvvəyə çevrilir. Biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına diqqət yönəldirik. Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi.

Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir. İndi həm də Dağlıq Qarabağın statusunun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil. Sizə zəmanət verirəm ki, Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı zona, praktiki planda məhz Dağlıq Qarabağın statusu hazırda bu cür müəyyən olunub. Bu forma həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını təmin edəcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button