Manşet

Kəmaləddin Heydərovun ailə biznesinə AĞIR ZƏRBƏ

Yanvarın 18-də Bakıda 6 şirkətin könüllü ləğv edildiyi elan edilib. Onlar bu və ya digər şəkildə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə biznesi ilə əlaqəlidir.

“SAVAŞ” xəbər verir ki, bu haqda Turan İnformaasiya Agentliyi məlumat yayıb. Xəbərə görə, kreditorlar “Auto EUİ Azerbaijan” MMC, “Azqazservis” MMC, “Prof Trade Service” MMC, “Auto Gas Service” MMC, “Quintessentally Baku” MMC və “CSRQ” MMC-nin ləğvi ilə bağlı məlumatlandırılıb. 

Onlara qarşı bütün maliyyə iradları iki ay ərzində təqdim edilməlidir. Bütün bu şirkətlər K.Heydərovun oğulları Tale və Nicat Heydərovların idarə etdiyi şirkətlər konqlomeratı olan “Gilan Holding” qrupu ilə bağlı olan ünvanda qeydiyyatdan keçib. 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button