Manşet

Paşinyanla erməni nazir arasında Şuşa mübahisəsi: “Əhalisinin 90 faizi türkdür…”

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. 

“SAVAŞ” xəbər verir ki, bu barədə  erməni mediası xəbər verib.

Belə ki, bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir, deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: “Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: “Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: “Əhalisinin 90% -dən çoxunun türk (azərbaycanlı) olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir…”

Sitatın sonu.

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır

(musavat.com)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button