Manşet

“Avtomobili əlindən alınan şəxsə…” – Köhnə maşınlar iki il ərzində tamamilə ləğv ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə Azərbaycanda köhnə avtomobillər utlizasiya ediləcəyəni bildirib.

Nazirlik rəsmisi bunun qarşılığında istismar müddətini başa vurmuş avtomobill sahiblərinə yeni maşınlar almaq üçün güzəştlər ediləcəyini və ya onlara ödənişlərin veriləcəyini bildirib.

Xatırladaq ki, bu məsələ son 10 ildə dəfələrlə qaldırılsa da reallaşması mümkün olmayıb. Maraqlıdır, prosesin reallaşması bu dəfə mümkün olacaqmı? Prosedur hansı şəkildə həyata keçirilə bilər?

Nəqliyyatı eksperti Elməddin Muradlı köhnə avtomobillərin istifadəsinin 2 il ərzində tamamilə məhdudlaşdırılmasının mümkün olduğunu bildirib:

“Bu məsələ prezident tərəfindən təsdiq olunan Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında öz əksini tapır. Problemin həlli aidiyyatı dövlət qurumlarına tapşırılıb. Bu yaxınlarda dövlət proqramından irəli gələn məsələ kimi bir şirkət tender elan etdi. Həmin şirkət utlizasiya proqramının hansı şəkildə həyata keçirilməsi ilə bağlı öz təkliflərini cəmləşdirib, dövlət qurumlarına proqram təqdim etməlidir. Prosesin həyata keçirilməsi üçün özəl şirkətin təqdim etdiyi proqram əsas rol oynayacaq. Bu da yəqin ki, dünya təcrübəsinə əsaslanacaq”.

Ekspert prosesin dünya təcrübəsinə əsaslanaraq həyata keçirilməsinin daha əlverişli olduğunu qeyd edib:

“Dünya təcrübəsindən irəli gələn təkliflərdən biri odur ki, köhnə avtomobili əlindən alınan şəxsə onun əvəzində ödəniş ediləcək. Ödəniş avtomobilin bazar qiymətinə uyğun həyata keçiriləcək. Xaricdə belədir ki, əgər avtomobilin qiyməti baha olursa o zaman dövlət tərəfindən şəxsə yeni avtomobil təqdim edilir. 

Düşünürəm ki, həmin proqramı bir qədər təkmilləşdirib, vətəndaşların xaricdən avtomobil alıb gətirərək həmin avtomobilin gömrük rüsumundan azad olunması kimi şərtlər təmin edilə bilər. Proqramın irəli sürülməsində məqsəd odur ki, köhnə avtomobil həm ətraf mühiti çirkləndirir həm də nəqliyyat qəzası zamanı ölüm riski çoxalır. Dövlətin də marağı insan həyatının qorunmasıdır. Belə hesab edirəm ki, ciddi yanaşma olarsa 2 il ərzində Azərbaycanda köhnə avtomobillərin istifadəsi tamamilə sonlanar”.

Sfera.az
Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button