Manşet

“Səni təslim olmağa çağırıram…” – Kadırovun müşaviri mitinqdə polislə döyüşən çeçənə nə vəd etdi?

Dövlət Dumasının deputatı və Çeçenistan rəhbəri Ramzan Kadırovun müşaviri Adəm Delimxanov Moskvadakı icazəsiz mitinqdə polislərlə döyüşən çeçen gəncə videomüraciət edib. Xartırladaq ki, araşdırmalardan sonra həmin gəncin 20 yaşlı Səid-Məhəməd Cumayev olduğu təsbit edilib.

Polis artıq həmin gəncin ailəsi ilə əlaqə yaradıb. Səid ailəsinə polislə döyüşərkən “qeyri-adekvat vəziyyətdə” olduğunu söyləyib. Yaxınları deyirlər ki, Cumayevin müxalifətlə heç bir əlaqəsi yoxdur, etiraz aksiyalarında da iştirak etmir.

Delimxanov öz müraciətində Cumayevi ən qısa müddətdə hakimiyyətə təslim olmağa çağırıb və qeyd edib ki, bu Çeçenistan hakimiyyəti də ola bilər. O, həmçinin söz verib ki, Kadırov “sözügedən məsələni hakimiyyətlə həll etməyə” kömək edəcək.

“Bildiyimiz kimi, Moskvada və ətraf bölgələrdə keçirilən  mitinqlərdə dolaşan şeytanlar eynicinsli evlilikləri dəstəkləyərək bəyan edirlər ki,  Rusiyada da bu cür qanunlar olmaslıdır. Biz  buna imkan vermirik, heç vaxt da imkan  verməyəcəyik, amma hamımız sosial şəbəkələrdə polisə müqavimət göstərən çeçen gənci gördük. Bil ki, sən bunu etməklə cinayət törətmisən, çünki eynicinsli nikahları dəstəkləyən Navalnı kimi insanlar bir müsəlman və çeçen olaraq bizə yaddır”,-deyə Demirxanov bildirib.

Delimxanov bundan əvvəl Cumayevin atası ilə danışdığını söyləyib və gənci İnstaqram vasitəsi ilə əlaqə yaratmağa çağırıb.

Mənbə: Lenta.ru

Tərcümə: Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button