Manşet

Şəhid ailələri Bakıda aksiya keçirdi – YOLU BAĞLADILAR

Həlak olmuş əsgərlərin 17 ailə üzvü saat 12:00-da Tbilisi prospektində hərəkəti bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyilə görüş tələb edib.

Aksiyaya valideynlərin onlara qarşı hörmətsiz münasibətdən narazılığı səbəb olub. Əsasən qohumları onların paytaxtdan kənarda, Qaradağ rayonunda yox, müharibə iştirakçılarının dəfn olunduğu Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.

Onlar Nazirlər Kabinetinin binasına gələrək bu məsələnin həllini xahiş ediblər. Orada onlara bildiriblər ki, müdafiə nazirinin müavini Kərim Vəliyev onları qəbul edəcək. Valideynləri “Salyan kazarmaları”na göndəriblər. Valideynlər oraya gedəndə isə məlum olub ki, heç kim onları gözləmir.

Qəzəblənmiş valideynlər Tbilisi prospektinə çıxıblar və yarım saat ərzində nəqliyyatın hərəkətini bağlayıblar. Bundan sonra Müdafiə Nazirliyinin nümayəndələri etirazçıların qarşısına çıxıblar və onları rəhbərliyə qəbula göndəriblər./Turan.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button