Manşet

“Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı

“Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm. O zaman  sualınıza canlı yayımda cavab verəcəyəm”. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 28-də “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbəti zamanı müxbirin Şuşanın mənsubiyyəti ilə bağlı qalmaqallı bəyanatını xatırladarkən deyib.

Jurnalist Paşinyana müraciətlə deyib: “Burada Şuşa uğrunda döyüşənlər də  dəfn olunub,  sizsə  bəyan etmisiniz ki,  Şuşa Azərbaycan şəhəridir”.

Nikol Paşinyan bu suala belə cavab verib: “Siz dediniz ki, mən Şuşanın Azərbaycan şəhəri olduğunu söyləmişəm? Bunu harada demişəm? Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm, o zaman  sualınıza canlı yayımda cavab verəcəyəm. Sitat gətir ki, belə demişəm, bu olmayınca isə qalan heç bir sualınıza cavab verməyəcəm”. 

Xatırladaq ki, yanvarın 20-də  parlamentdə hökumət saatında çıxış edən Paşinyan münaqişə başlamazdan əvvəl  Şuşa əhalisinin 90% -ni azərbaycanlılar təşkil edib. 

Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button