Manşet

FTX Rusiyadakı nurçuların azərbaycanlı liderini həbs etdi

FTX Rusiyadakı nurçuların azərbaycanlı liderini həbs etdiRostov-Dondakı Oktyabr Rayon Məhkəməsi yerli nurçuların mənəvi lideri Hacıbəy İsmayılovun 130 min rubl cərimə olunması barədə qərar çıxarıb.

Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki, məhkəmə onu ekstremist ruhlu materiallar yaymaqda təqsirli bilib. Məhkəmədən bildirilib ki, H.İsmayılov istintaqa kömək ediyi üçün onu azadlıqdan məhrum etməyib, bu cür yüngül cəzalandırıblar.

Məlumata görə, H.İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. O, Rostov-Donda mollalıq edib və nurçular ibadət və müxtəlif ayinlərin icrası yeri kimi məhz onun mənzilindən istifadə ediblər.

2005 –ci ildən 2012-ci ilə qədər o, Ukraynada yaşayıb. Amma qayıdandan sonra ekstremist fəaliyyətini davam etdirib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları axtarış zamanı onun məzilindən nurçuluq təriqətinin yaradıcısı Səid Nursinin müəllifi olduğu 1000-dən artıq kitab aşkarlayıblar.

Məlum olub ki, Rusiyada yayılması qanunla qadağan olunan bu kitabların əksəriyyəti Türkiyədən gətirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button