Manşet

Onu Ramiz Mehdiyevin oğlu və kürəkəni tutdurub – Milyonluq hesablaşma

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsinin səbəbi bəlli olub.

“SAVAŞ” xəbər verir ki, bu haqda “qafqazinfo” məlumat yayıb. Məlumata görə, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat  İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button