Sensasiya: \”Facebook\”da uşaq satılır – Dəhşətli faktın üstü açıldı
Amerikalı valideynlərin övladlığa götürdükləri uşaqları Facebookda yaratdıqları qrupda başqalarına satdıqları ortaya çıxıb.
Avropa.info xəbər verir ki, ABŞ-da ölkə xaricindən övladlığa uşaq götürmüş bəzi valideynlərin Facebookda yaradılan bir qrupda reklam verərək uşaqları başqalarına satdıqları faktı ölkəni qarşıdırıb.
İngiltərənin \”Channel 4 TV\” telekanalının apardığı tədqiqat nəticəsində məlum olub ki, ABŞ-da uşaqların valideynləri tərəfindən satılması üçün, Facebook qrupu, internet forumları və saytlar mövcuddur və satışa çıxarılan uşaqlar katoloq halında nümayiş etdirilir.
İndiyədək 260 ailə bu xüsusi və gizli qrupa üzv olub. \”Channel 4\” -ün bu xəbərindən sonra, Facebook, sözügedən qrupu ləğv edəcəyini bildirib.
Qeyd edək ki, hər il yüzlərlə ailə Amerika Birləşmiş Ştatlarından Efiyopiya gedərək övladlıa uşaq götürür. 2000-ci ildən bu yana 250 min uşaq ABŞ-lı valideynlər tərəfindən övladlığa götürülüb.