Manşet

Şəhid ailələrinin tələbi yerinə yetirildi – 18 məzar Şəhidlər Xiyabanına köçürüləcək

Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

 “SAVAŞ”-ın məlumatına görə,  məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin  optimal həll yolu müəyyən edilib.

Məlumata görə, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub. 

Yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. 

Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib. (apa)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button