Manşet

Daxili İşlər Nazirliyinin zabiti hərbi hissədə İNTİHAR ETDİ

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.

“SAVAŞ” xəbər verir ki, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də  ilk övladı dünyaya gəlib.

A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. 

Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb. (qafqazinfo.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button