Manşet

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmaya bilər – Təhsil Nazirliyindən açıqlama

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.

Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi, koronavirusa qarşı 50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq və bununla bağlı siyahı artıq hazırdır.

Maraqlıdır, müəllimlər könüllülük prinsipi əsasında həyata keçirilən vaksinasiyadan itmina edərsə, əyani şəkildə dərs keçməkdən məhrum olacaq, ya belə bir məhdudiyyət yoxdur?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağını bildirib:

Vaksinasiya ilə bağlı qərar yalnız Təhsil Nazirliyindən asılı deyil. Nazirlik bu məsələyə TƏBİB-lə birgə qərar verəcək. Vaksinasiya olunmayan müəllimlərin  mərhələli şəkildə, ya digər formada dərs deməsi tibbi protokol hazırlandıqdan sonra bəlli olacaq. 

Hələ ki, müəllimlərin vaksinasiyasına start verilməyib, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcək”.

Sfera.az

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button