Manşet

“Ola bilsin, peyvənd 100 faiz təsir göstərməsin, amma…” – Həkimdən açıqlama

“Azərbaycanda istifadə olunan peyvənd koronavirusun yeni növünə qarşı da təsirli olacaq”.

Bunu Sfera.az-a Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev bildirib. Həkimin sözlərinə görə, peyvənd 50 faizdən çox halda təsirlidir:

“Mutasiya virusun genində olan müəyyən dəyişiklikdir. Bizim istifadə etdiyimiz peyvənd isə koronavirusun bütün növünə qarşı immunitet yaranır. Ola bilsin ki, dəyişikliyə uğrayan virusa bizim istifadə etdiyimiz peyvənd 100 faiz təsir etməsin, amma şübhəsiz ki, xəstəliyə 50 faizdən çox təsir göstərmiş olacaq.

Əvvəlki həyata qayıtmağımız üçün mütləq şəkildə hamılıqla peyvənd olunmalıyıq”. Qeyd edək ki, hazırda ölkə ərazisində koronavirus əleyhinə Çinin təqdim etdiyi  “CoronaVAC” vaksinindən istifadə olunur.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button