Manşet

“Gənclər Nikolu dəstəkləyir, “Qarabağ klanı”na isə nifrət edirlər…”

“Müxalifət Rusiyadan maliyyə dəstəyi alsa belə Paşinyana qarşı yüz minlik etiraz aksiyası təşkil edə bilməyəcək”.

Bu sözləri Nikol Paşinyan hökumətinə qarşı yazda daha güclü aksiyalar təşkil edəcəklərinə dair Ermənistan müxalifətinin pafoslu çıxışlarına münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Politoloqun fikrincə, bu gün Ermənistanda Paşinyanı əvəz edə biləcək lider yoxdur:

Paşinyan hökumətinə qarşı təşkil olunan etiraz aksiyaları göstərdi ki, Ermənistanda onu əvəz edəcək və erməni ictimaiyyətinin qəbul edəcəyi siyasi lider və güc mərkəzi mövcud deyil. Bu gün Ermənistanda olan əksər güc mərkəzləri bilavasitə Rusiyaya bağlıdır”.

Həmsöhbətimiz hesab edir ki, erməni gənclərinin 40 faizi hazırkı baş naziri dəstəkləyir: “Yeni erməni gəncliyi Rusiyadan asılılığı qəbul etmir. Məhz həmin gəncliyin 40 faizə yaxını Qarabağ müharibəsindəki acı məğlubiyyətə rəğmən Paşinyana dəstək verir.  Ona görə də erməni müxalifətinin yazda daha güclü etirazlara başlayacaqları barədə səsləndirdiyi fikrlər boğazdan yuxarı deyilən sözlərdir. Ermənistanda “Qarabağ klanı”na patoloji nifrət var. Düşünmürəm ki, ermənistanlı ermənilər “Qarabağ klanı”nın hər hansı üzvünə səs versin”.

N. Miri düşünür ki, Rusiyadan növbəti etiraz aksiyalarını təşkil etmək üçün erməni müxalifətinə böyük maliyyə tranşları olacaq: 

“Yalnız bu istiqamətdə ictimai rəyi qısa müddətə aldada bilərlər. Ancaq bütövlükdə Paşinyana qarşı 100 minlik etiraz aksiyalarının təşkil edilə biləcəyini düşünmürəm. Paşinyana müxalifətdə olan qüvvələr, həmçinin “Qarabağ klanı” növbədənkənar parlament seçkisinin əleyhinədir.  Ona görə ki, məğlub olacaqlarına əmindirlər. Ona görə də indiki halda etiraz mitinqlərilə növbədənkənar seçki qərarını sabotaj etmək istəyirlər”.   

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button