Manşet

Bakıda üç tələbənin bir qıza olan məhəbbətinin faciəvi sonu

Bakıda üç tələbənin bir qıza olan məhəbbətinin faciəvi sonuDünən axşam Bakının Nəsimi rayonunda Rabitə kollecinin tələbələrinin iştirak etdiyi qanlı cinayət hadisəsi baş verib. Nəticədə onlardan biri – 1997-ci il təvəllüdlü Muradov Nəriman Şöhrət oğlu qarın nahiyəsindən bıçaq yarası alıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsində bildiriblər.

Məlumdur ki, hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında baş verib, münaqişəyə səbəb isə qız olub.

Adıçəkilən kollecin üç tələbəsi: N.Muradov, 1998-ci il təvəllüdlü Quliyev Cəfər Məmməd oğlu və 1996-cı il təvəllüdlü Hümbətəliyev Elvin Hümbət oğlu bir qızın ürəyini fəth etmək uğrunda “mübarizə”də qarşılaşıblar.

Qeyd edək ki, bu münaqişəyə səbəb olan “ilham pərisi” də Rabitə kollecində oxuyur.

Münaqişə Muradovun bıçaqlanması ilə başa çatıb, qalan aşiqlər isə cinayət yerindən qaçıblar.
Amma Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları şübhəliləri saxlayıb.

Hal-hazırda bu iki nəfərdən Muradovun qanını hansının axıtdığı aydınlaşdırılır.

Fakt üzrə cinayət işi açılıb.(oxu.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button