Manşet

“Adi maskalar qorumur, həm də eynək taxmalıyıq” – Yeni növ virusla bağlı QORXUNC AÇIQLAMA

İtaliyalı mütəxəsssislər koronavirusun yeni növü olan B-117 virusuna qarşı adi tibbi masakaların effektiv olmayacağını bildirib.

Mütəxəssislər insanların yeni növ virusa qarşı FFP1 və FFP2 tipli maskalardan istifadəsinin zəruri olduğunu qeyd edib.

Yeni növ virusun Azərbaycana gəlməsi məsələsi isə şübhə doğurmayan məsələdir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı da məlumat vermişdi.

Maraqlıdır, hazırda istifadə etdiyimiz maskalardan yaxın aylarda imtina etməli olacağıq? 

Məsələ ilə bağlı Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bundan sonrakı mərhələdə maska və eynəkdən istifadəyə xüsusi diqqət verilməsinin zəruliyini qeyd edib:

“Mutasiyadan alı olmayaraq çalışmalıyıq ki, daha yaxşı maskalardan istifadə edək. Mutasiya əslində virusun sonlanması ilə nəticələnməlidir, amma çox qəribədir ki, vəziyyət daha təhlükəli hal alır. Braziliyada, Cənubi Afrikada olan mutasiyalar xüsusilə daha çox öldürücülüyə malikdir.  

Virusun bədənə daxil olması ağız və gözdən olduğu üçün eynəklərdən istifadəyə və maskalara diqqət yetirilməlidir. İndi istifadə edilən adi və tibbi cərrahi maskalar yeni növ virusa qarşı davamlı deyil. Bu baxımdan deyildiyi kimi FFP1, FFP2 və qoruyuculuğu yüksək digər maskalardan istifadə olunsa yaxşıdır”.

T.Məmmədov koronavirusa yoluxub sağalan insanların da yeni növ virusa yoluxacağı halda xəstəliyi ağır keçirə biləcəyini qeyd edib:

“Koronavirusdan sağalan insanlar da yeni növ virusa yoluxa bilir. Yəni, bu şəxslər də xəstəliyi ağır keçirə bilər. Bu baxımdan hamılıqla daha təkmilləşdirilmiş formada olan maskalardan istifadə etməliyik. Əlləri isə 20 saniyə ərzində sabunla yumaq mütləqdir. Çünki sabunda olan lipid virusun strukturunu pozur və ona görə də virus məhv olur”. Məlumat üçün qeyd edək adi tibbi cərrahi maskalardan fərqli olaraq FFP1 və FFP2 maskalarının qiyməti hazırda 1.90 azn və 2 azn civarındadır.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button