Manşet

İcra başçısına qarşı piket: Kürdəmirdən Bakıya şikayət yazanın həbsi aranı qatdı

İcra başçısına qarşı piket: Kürdəmirdən Bakıya şikayət yazanın həbsi aranı qatdıKürdəmir rayonunda yerli sakinlər piket keçiriblər.

Yerli mənbələrdən musavat.com-a daxil olan məlumata görə, piketin keçirilməsinə səbəb yerli sakinlərdən birinin həbs edilməsidir.

Belə ki, həmin şəxsin Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi bildirilir. Həmin şikayətdən xəbər tutan rayon rəhbərliyi onu həbs etdirib.

Rayon rəhbərliyinin bu addımı Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb. Nəticədə təxminən 60-70 nəfərlik narazı qrup Kürdəmir Rayon Məhkəməsinin qarşısında piket keçirib. Aksiyada Kürdəmirdəki vəziyyətdən Bakıya şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, tələblərinə hələlik müsbət cavab ala bilməyən piketçilər bir azdan Kürdəmir Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmaq qərarına gəliblər.

Bu barədə əlavə informasiyalar aldıqdan sonra daha geniş məlumat veriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button