Manşet

Azərbaycanda futbolçuların yeməyindən ölü siçan çıxdı: futbolçular buna görə klubu tərk etdi

Azərbaycanda futbolçuların yeməyindən ölü siçan çıxdı: futbolçular buna görə klubu tərk etdiBu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib.

“Kəpəz” futbolçuları gözlənilməz hadisə ilə üzləşib.

Savash.org sportal.az-a istinadən xəbər verir ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşib.

Futbolçularının birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.

Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button