Manşet

Azərbaycan Ordusunun daha 5 hərbçisi minaya düşdü

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

Savash.org-un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button