Manşet

Girovluqdan azad edilən prokuror öldü – VİDEO

Girovluqdan azad edilən prokuror öldü – VİDEOTürkiyədə etirazlarda ölən gəncin işinə baxan prokuror həyatını itirib. Axar.az xəbər verir ki, radikal solçular tərəfindən girov götürülərkən yaralanan Mehmet Səlim dünyasını dəyişib. Xarici İşlər naziri Mövlüd Çavuşoğlu da Tvitter səhifəsində xəbəri yayıb.

Radikallardan isə iki nəfər öldürülüb. Ölkəni qarışdıran bu hadisələrə Prezident Tayyib Ərdoğan Rumıniyadan reaksiya verib. Prezident polisin silahlıları zərərsizləşdirməsinə görə məmnunluğunu ifadə edib və bunu uğurlu əməliyyat adlandırıb.

Prokuroru girov götürənlər Türkiyədə baş vermiş aksiyalar zamanı həlak olmuş 15 yaşlı Berkin Elvanın işinə yenidən baxılmasını tələb edirdilər. Əks təqdirdə prokurorun öldürüləcəyi bildirilirdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button