Manşet

İcra başçısının işdən qovulan müavini: “Oğlumun cəzasını mən çəkirəm”

İcra başçısının işdən qovulan müavini: “Oğlumun cəzasını mən çəkirəm”“Övladım özünü yaxşı aparmadı, səhv elədi. İndi də cəzasını mən çəkirəm”.

Bunu azvision.az-a açıqlamasında ötən gün vəzifəsindən azad edilən Zərdab Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Allahverdi Səfərov deyib.

A.Səfərov işdən oğlunun xuliqanlığına görə çıxarıldığını təsdiq edib: “Mənim işdən çıxmağımda icra başçısının heç bir günahı yoxdur. Cənab prezidentin tapşırığı var ki, dövlət məmurunun övladı özünü yaxşı aparmalıdır. Mənim oğlum isə səhv elədi. Ona görə də bu gün işsiz qaldım”.

Keçmiş məmur əlavə edib ki, övladı günah edibsə, cəzasını da valideyni çəkməlidir: “Övladın cəzasını valideyn çəkməlidir. Mənim işdən çıxmağıma görə oğlum peşmançılıq çəkir. Bu hadisədən sonra oğlumla söhbət elədim. Ona içkinin törətdiyi hadisələrdən danışdım. Ona içki içməməsi ilə bağlı xəbərdarlıq etdim. Ceyhun özü də evlidir. Bir nəvəm var. Oğlum hazırda işləyir. Hadisə bayram günü olub. Həmin gün Ceyun sərxoş halda avtomobil idarə edib və tutulub. Oğlum bu əməlinin cəzasını da çəkib”.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button