Manşet

Navalnının növbəti məhkəməsi keçirilir

Rus müxalif bloqer Aleksey Navalnı Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkoya qarşı böhtanla əlaqədar cinayət işinə baxılması üçün Babuşkinski məhkəməsinə gətirilib.

“SAVAŞ” “TASS” agentliyinə istinadən xəbər verir ki, Navalnı məhkəməyə “Matrosskaya Tişina” təcridxanasından Penitensiar Xidmətin avtomobilində gətirilib.

Mümkün icazəsiz aksiyaların qarşsını almaq üçün məhkəmə qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Ancaq hazırda məhkəmə binası ətrafında Navalnının tərəfdarlarının olmadığı bildirilib.

Qeyd edək ki, Navalnıya qarşı bu ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, bloqer videonun altına qəsdən yalan və qazinin şərəf və ləyaqətini ləkələyən şərhlər yerləşdirib.

Təqsiri sübut edildikdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin 2-ci hissəsinə əsasən, ona cərimə və ya məcburi iş təyin edilə bilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button