Manşet

Sirr kimi saxlanılan görüş – Bakı Arayiklə danışığa kimi göndərib?

Ötən gün Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə Bakının Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi ilə separatçıların lideri Arayik Arutyunyan arasında görüş keçirilib.

 Arutyunyanın mətbuat katibi bu barədə rəsmi Bakının təmsilçisinin adını və iclasın konkret yerini göstərmədən məlumat verib. Eyni mənbədən verilən məlumata görə, iclasda Qarabağ Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan da iştirak edib.

Görüş zamanı əsirlərın azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı və digər humanitar məsələlər müzakirə edildi. Ermənistan tərəfi bildirir ki, 1990-cı illər müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri də müzakirə etdilib.

Rəsmi Bakı hələ belə bir görüşün keçirilməsini təsdiqləməyib. (Turan)

Savash.org bildirir ki, təsdiqlənməmiş məlumata görə sözügedən görüş Xankəndidə baş tutub.

reklam...

Bənzər Yazılar

1 şərh

  1. Əgər Bakı belə bir görüş keçiribsə,faktiki həmin qurumu tanımış olur.Ona görə bu məlumat şayiədən başqa şey deyil.Belə məlumatlara inanmaq olmaz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button