Manşet

Lavrov “Böyük Turan” ideyasından və qorxularından danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov belə hesab etməyə meylli deyil ki, Türkiyənin millətlərüstü quruluş kimi “Böyük Turan” yaratmaq məqsədi var.

Bu barədə Lavrov RBK agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, keçmiş SSRİ-nin türkdilli ölkələri çətin ki, Türkiyənin bu ideyasını dəstəkləyərdi.

“Əgər “Böyük Turan” haqda tarixi mənada millətlərüstü quruluş kimi danışsaq o zaman hesab etmirəm ki, Türkiyə belə məqsəd güdür. Mən bunu görmürəm ki, keçmiş SSRİ-nin təkib hissəsi olan və indi müstəqil dövlətlərə çevrilən ölkələr hansısa formada bu ideyanı dəstəkləyəcək”,-Sergey Lavrov jurnalistin “Moskva Azərbaycan kimi ölkələrin Böyük Turan ideyasını dəstəkləyəcəyi halda Türkiyənin güclənməsindən qorxurmu?” sualına cavab verərkən belə deyib.

Rusiya xarici işlər naziri hesab edir ki, həmin ölkələrin (yəni keçmiş SSRİ-nin türkdilli respublikalarının) xarici siyasətinin bütün pafosu və praktiki fəaliyyəti öz milli dövlətlərinin möhkəmləndirilməsinə yönəlib.

Lavrovun sözlərinə görə, Türkiyənin öz maraqları var və bu da onunla eyni dildə danışan soydaşlarıdır. O qeyd edib ki, türkdilli münasibətlər mövzusu Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın bəzi ölkələri ilə münasibətlərinin toxumasına kifayət qədər dərindən hopub. Lavrovun sözlərinə görə, Türkiyənin postsovet məkanının türkdilli ölkələri ilə əməkdaşlığının əsas komponenti mədəni, dil və təhsil ənənələrinə söykənir.

Virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button