Manşet

20 manat başlarına bəla oldu: Saxta pul kəsənlər tutuldu – BAKIDA

20 manat başlarına bəla oldu: Saxta pul kəsənlər tutuldu - BAKIDAMart ayı ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində mağazadan alış-veriş edən şəxsiyyəti məlum olmayan 2 nəfərin mağaza sahibləri Azər Əhədova, Nənəqız Həşimovaya və Elman Bayramova saxta 20 manatlıq verdiyi müəyyən edilib. Əskinasların saxta olması müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla əlaqədar Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əskinasları vermiş şəxslərin qəsəbə sakinləri Məhəbbət Şəmilzadə və Davud Azadxanlı olması müəyyən edilib və onlar tutulub.

D.Azadxanlıya məxsus Ələt qəsəbəsində yerləşən internet kluba baxış zamanı rəngli printer və skaner aparatları aşkar edilərək götürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button