Manşet

Qarlı və şaxtalı hava nə qədər davam edəcək? – RƏSMİ AÇIQLAMA

“Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakı və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb”.

Bunu  Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

“Bu proses gücülü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda 28 m/s, Bakı və Abşeron yarımadasında isə 25-28 28 m/s çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər inkişafına qədər səbəb olub.

Respublika ərazisində gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button